BAKI, 20 noyabr. TELEQRAF

“Orta Dəhliz əla təşəbbüsdür və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu layihənin bütün prosesləri və araşdırmalarına qoşulmaqda maraqlıdır”.

Teleqraf xəbər verir ki, bunu AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos deyib.

“Orta Dəhliz əla konsepsiya və təşəbbüsdür və bu layihənin mərkəzində Gürcüstan dayanır. Cənubi Qafqaz Asiya ilə Avropanın birləşdirilməsində həlledici rol oynayır. Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhlizi Avropa və Asiyanı birləşdirən yola çevirmək üçün bütün proses, müzakirə və layihələrin araşdırılmasında iştirak etməyə maraqlıdır. Artıq Orta Dəhlizi Mərkəzi Asiyadan Qafqazadək birləşdirən bütün ölkələrdə fəal şəkildə çalışırıq.

Gürcüstan barədə danışsaq, artıq dəmir yolu layihələri, yol infrastrukturu və liman sistemini gücləndirən araşdırmalara investisiya yatırmışıq. Mənalı olan hər bir imkanın dəstəklənməsinə hazırıq. Biz ona görə buradayıq ki, başqalarından öyrənək və öz töhfəmizi verək. Əminəm ki, bu, geniş regionda rifah və sülh perspektivləri gətirəcək genişmiqyaslı mövzudur”, - AYİB nümayəndəsi bildirib.