BAKI, 20 noyabr. TELEQRAF
Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Armenpress"ə açıqlamasında bildirib.
A.Mirzoyan deyib ki, Bakı ilə sülh prosesinin möhkəmləndirilməsi də ölkəsinin əsas prioritetlərindən biridir:
"İrəvan real və səmimi səylər göstərir. Ankara ilə normallaşma prosesi ilə Azərbaycanla sülh danışıqları bir-biri ilə bağlı deyil. Əgər bu iki istiqamət arasında səbəb-nəticə əlaqəsi qurulmağa çalışılsa, o zaman Türkiyə ilə münasibətlərin tam şəkildə tənzimlənməsinin Ermənistan-Azərbaycan sülh prosesinə müsbət təsir göstərə biləcəyi aydın ola bilər".