BAKI, 19 noyabr. TELEQRAF
Bu gün Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gürcüstana rəsmi səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, onu xarici işlər naziri Maka Botçorişvili və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək.
Qeyd edilib ki, daha sonra onlar mətbuata açıqlama verəcəklər.