BAKI, 8 noyabr. TELEQRAF
“Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər təkcə bölgədə yox, Avropa və Asiyadakı geosiyasi tarazlığı dəyişdirdi”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxışında deyib.
“Biz kimsəyə nə kin tuturuq, nə də keçmişdə baş verən acıların yenidən təkrarlanmasına icazə verərik. Bu zəfəri son olaraq yox, Cənubi Qafqazda sülhə gedən yolda təməl daşı olaraq görürük. Bu sülh bütün materikin rifahına xidmət edəcək. Qalıcı sülhə ümidimiz böyükdür. Qardaşım İlham Əliyevin qalıcı sülh üçün göstərdiyi böyük səyləri təqdir edirik. Ermənistan Baş naziri Paşinyanın da bu yolda atdığı addımları məmnuniyyətlə təqib edirik. İnanıram ki, bu səylər qalıcı sülhlə nəticələnəcək. Türkiyə də öz üzərinə düşəni edəcək”, - o vurğulayıb.