BAKI, 5 noyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülh üçün qarantiyası var. Bu, üçüncü ölkə və ya sülhməramlılar deyil, imzalanan sazişlər həm Ermənistan, həm Azərbaycan, həm də regionun digər ölkələri üçün faydalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Məhz bu qarşılıqlı fayda sülh sazişinə daimilik, uzun ömür bəxş edəcək. Ermənistan o sazişi pozmaqda maraqlı olmayacaq, fikrimcə, Azərbaycan da onun pozulmasında maraqlı olmayacaq”, - o bildirib.