BAKI, 4 noyabr. TELEQRAF

Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi ilə bağlı fəal danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda biz amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edirik. Niyə məhz ABŞ? Çünki bu, TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) ayrılmaz hissəsidir", – o qeyd edib.