BAKI, 29 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 29-30-da Fransada səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər VIII Paris Sülh Konfransında iştirak məqsədi daşıyır.