BAKI, 23 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransa xarici işlər nazir Jan-Noel Barro ilə görüşüb.

Teleqraf xəbər verir ki, nazirlər Ermənistan və Fransa arasında əməkdaşlığın bütün gündəliyini müzakirə ediblər.

Strateji əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər, eləcə də Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmsöhbətlər çoxtərəfli platforma və formatlarda səmərəli əməkdaşlığın təmin edilməsi təşəbbüslərini də müzakirə ediblər.

Ararat Mirzoyan və Jan-Noel Barro regional reallıqlar, o cümlədən avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların icrası ətrafında fikir mübadiləsi aparıblar.