BAKI, 13 oktyabr. TELEQRAF
“Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlığın yeni səhifəsi açılır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Ovannisyan beynəlxalq təşkilatın tədbirində çıxışı zamanı deyib.
Diplomat qlobal silahsızlanma və nüvə silahlarının yayılmamasının Ermənistanın xarici siyasət gündəliyinin prioritetlərindən olduğunu iddia edib.
Paruyr Ovannisyan həmçinin vurğulayıb ki, güclü və effektiv adi silahlara nəzarət rejimi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ilə yanaşı, beynəlxalq və regional səviyyədə sülhün qorunması üçün vacibdir.
Səfir bildirib ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında bəyannamənin imzalanması ilə əldə edilən irəliləyiş Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlığın yeni səhifəsinin açıldığına inamı bir daha təsdiqləyib.