BAKI, 9 oktyabr. TELEQRAF

“Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə Rusiya ilə müharibədən sonra Gürcüstanın Qərb ölkələri ilə hərbi müqavilələrini bloklamışdı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Bu gün Ukrayna müharibəsinə görə Polşa və Baltikyanı ölkələri günahlandıran Angela Merkel vaxtilə Taqliavini Komissiyasının yaradılmasını təşəbbüs edən şəxsdir. Bu komissiyanın məqsədi Gürcüstanla Rusiya arasında günahı bölüşdürmək və beləliklə Rusiyaya qarşı sanksiyaların qarşısını almaq idi.

2008-ci il müharibəsindən sonra o, bizim silah müqavilələrimizi blokladı, eyni şey 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra da təkrarlandı”, - sabiq prezident bildirib.