BAKI, 29 sentyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülhlə bağlı təfsir və şərhlərdə heç bir fərq yoxdur”.
Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Sülhlə bağlı sənədlər imzalamışıq. Sülhdən tək mən yox, Azərbaycan da danışır. Əslində sülhlə bağlı təfsir və şərhlərdə heç bir fərq yoxdur”, - baş nazir bildirib.