BAKI, 12 sentyabr. TELEQRAF

Bu gün İrəvanda Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç və erməni həmkarı Ruben Rubinyan arasında keçirilən görüş başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, görüş Ermənistan Xarici İşlər Nazirliyinin binasında keçirilib.