BAKI, 12 sentyabr. TELEQRAF
Ermənistanın Sünik bölgəsində "Tramp marşrutu"nda (Zəngəzur dəhlizi) gömrük nəzarəti tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan parlamentdə bildirib.
“Təsdiq edirəm ki, orada gömrük xidməti fəaliyyət göstərəcək. Təfərrüatlara gəlincə, bunla hələ müzakirə olunur”, - Akopyan qeyd edib.
Onun sözlərinə görə, komitənin sərhəd nəzarəti ilə bağlı gömrük siyasəti vahidləşdirilir:
“Ermənistan hakimiyyəti bütün keçid məntəqələrində islahatlar yolu ilə ticarəti sadələşdirməyə çalışır. Qonşu ölkələr üçün gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində islahatlar artıq başlayıb”.