BAKI, 12 sentyabr. TELEQRAF

Ermənistan artıq Rusiyanın kiçik qardaşı deyil.

Teleqraf xəbər verir ki, bu bəyanatı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində səsləndirib.

“İndi Rusiya ilə tamamilə fərqli münasibətlər mövcuddur. Rusiya-Ermənistan münasibətləri daha böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə biz buna nail olmağa çalışırdıq”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Ermənistan öz iqtisadiyyatını diversifikasiya edə bilib. Xaçaturyan həmçinin Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid etdiyini bildirib.