BAKI, 1 sentyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar Cənubi Qafqazda davamlı sülhə gətirib çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Prezident Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına, Cənubi Qafqazda davamlı sabitliyin Türkiyə ilə Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağına ümid etdiyini bildirib.