TBİLİSİ, 28 avqust. TELEQRAF

Bu ilin birinci yarısında Gürcüstandan 20 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Cari ilin ilk rübündə qonşu ölkədən 4 nəfər, ikinci rübündə isə 16 nəfər Azərbaycan vətəndaşı çıxarılıb. Həmin şəxslərin 13-ü kişi, 7-si isə qadındır.

Qeyd edək ki, yanvar-iyunda Gürcüstanda ümumilikdə 525 nəfər əcnəbi deportasiya ilə üzləşib. Onların arasında Hindistan (89 nəfər), İran (82 nəfər) və Çin (62 nəfər) vətəndaşları üstünlük təşkil edib.