BAKI, 19 avqust. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arsen Torosyan avqustun 8-də ABŞ-də Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış üçtərəfli bəyannamə ilə bağlı müxalifətin manipulyasiyaya əl atdığını bildirib.
Teleqraf xəbər verir ki, o, müxalifətin iddialarına cavab olaraq, ABŞ-nin həmin sənədlərin tərəfi olmadığını, bunların icrasına şahidlik etdiyini deyib.
“İsrail Silahlı Qüvvələrinin Sina yarımadasından çıxarılması ilə bağlı Misir Prezidenti Ənvər Sədat, İsrail Baş naziri Menahem Beqin və ABŞ Prezidenti Cimmi Karter arasında 1979-cu il martın 26-da imzalanmış Üçtərəfli Protokolu bura əlavə edirəm”.
Cimmi Karter, bizim işimizdə Donald Tramp kimi, şahid qismində sənədi imzalamışdı. Digər məsələlərlə yanaşı, bu sənəd Misir-İsrail münaqişəsinin sülh yolu ilə həllinə töhfə verdi”, - Torosyan sosial media hesabında yazıb.
