BAKI, 8 avqust. TELEQRAF

“Azərbaycan və Ermənistanın ikitərəfli səyləri Cənubi Qafqazı sülhə yaxınlaşdırıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arsen Torosyan bu gün Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında keçiriləcək görüşü şərh edərkən deyib.

“Azərbaycan və Ermənistan arasında ikitərəfli səylər və ABŞ-nin vasitəçiliyi və dəstəyi sayəsində Cənubi Qafqazda sülhə yaxınlaşırıq. Rəsmi açıqlamaları və sənədləri gözləyirik”, - Torosyan bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi imzalayacağı ilə bağlı bəyanat vermişdi.