TBİLİSİ, 17 iyul. TELEQRAF
Gürcüstan və Moldovanın 40 vətəndaşı Polşadan çıxarılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.
Həmin şəxslərin 27-si Gürcüstan, 13-ü isə Moldova vətəndaşıdır. Onların Polşadan deportasiya edilməsi barədə qərar ölkənin milli maraqları və ictimai asayişin qorunması nəzərə alınaraq qəbul edilib. Polşadan vətəninə qaytarılan Gürcüstan vətəndaşlarından birinin oğurluğa görə 12 dəfə məhkum olunduğu bildirilib.
Gürcüstan və Moldova vətəndaşlarının deportasiyası iyulun 15-də təyyarə vasitəsilə həyata keçirilib.