TBİLİSİ, 9 iyul. TELEQRAF

Gürcüstanda son günlər həyata keçirilmiş tədbirlər çərçivəsində 28 nəfər əcnəbi ölkədən çıxarılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki,bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxslər Azərbaycan, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, İsrail, Pakistan, Rusiya və Çin vətəndaşlarıdır.

Yerli qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılan əcnəbilərin ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, Gürcüstanda qanuni əsas olmadan yaşayan əcnəbilər deportasiyaya məruz qalırlar. Bu ilin yanvar-may aylarında qonşu ölkədən qovulan xarici ölkə vətəndaşlarının sayı 394 nəfər təşkil edib.