BAKI, 3 iyul. TELEQRAF

Rusiya və Azərbaycanın Baş Prokurorluqları cari gündəm üzrə mütəmadi əlaqələr saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Azərbaycanın Baş Prokurorluqları gündəlikdə duran məsələlərlə bağlı təmasdadır və mütəmadi olaraq əlaqə saxlayırlar. Prioritet hər iki ölkə vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsidir”, - məlumatda deyilir.