BAKI, 30 iyun. TELEQRAF
Ermənistan ilə Avropa İttifaqı (Aİ) arasında “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının böhranın idarə edilməsi əməliyyatlarında Ermənistan Respublikasının iştirakının çərçivəsinin müəyyən edilməsi haqqında Saziş”i imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sazişə Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, Aİ tərəfindən ittifaqın xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imza atılıb.