BAKI, 30 iyun. TELEQRAF
“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlar həm sazişin imzalanmasına, həm də digər məsələlərin həllinə gətirib çıxaracaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasla keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, sülh institusional, yəni sülh müqaviləsinin imzalanması yolu ilə olmalıdır: “Narahatlığın aradan qaldırılmasının birbaşa yolu sülh müqaviləsinin imzalanmasıdır”.
Aİ-nin nümayəndəsi Kaya Kallas Ermənistan-Azərbaycan sülh sazişindən danışarkən söyləyib:
“Ermənistan və Azərbaycan arasında nizamlanma prosesi bizi ruhlandırır. Prosesin tez bir zamanda başa çatmasını istərdik. Bizə bütün dünyada sabitlik lazımdır”.