BAKI, 27 iyun. TELEQRAF
Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyana dəstək vermək məqsədilə İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşların saxlanılmasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Polislər İstintaq Komitəsinin binası önündə vətəndaşları saxlamağa başlayıb”, – məlumatda qeyd olunur.
Saxlanılanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.