BAKI, 3 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin tezliklə müttəfiqlərinə sursat satışını bərpa edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp "Truth Social"da bununla bağlı paylaşım edib.

O, Amerika mediasına sərt reaksiya verərək onları "heç bir sursatımızın olmadığını deməyə davam etməkdə" günahlandırıb. Tramp deyib ki, bu 100% yalandır. Amerika liderinin sözlərinə görə, ABŞ-nin İranla bu müharibədə və ya hər hansı digər münaqişədə istifadə edilə biləcək sursatdan çox, demək olar ki, sonsuz sayda orta və yüksək dərəcəli sursat ehtiyatı var".

"Biz həmçinin görünməmiş miqdarda sursat istehsal edirik. Ehtiyatlarımızı doldurur və hər hansı bir fövqəladə vəziyyətə hazırlaşırıq. Biz bunu başqalarına satmaq üçün deyil, özümüz üçün, ABŞ üçün edirik, amma müttəfiqlərə satış tezliklə bərpa olunacaq", - Tramp bildirib.