BAKI, 3 sentyabr. TELEQRAF

Bu gün Bakı şəhəri Xətai rayon Məhkəməsində Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını təhqir etdiyi və böhtan atdığı üçün Əli Vəliyevə hökm oxunub.

Bu barədə Teleqraf-a Aynur Camalqızının vəkili Səbinə Əliyeva məlumat verib.

O bildirib ki, Əli Vəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri təqsirli bilinib:

"Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, o, qazancının 20% -i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Həmçinin Əli Vəliyev barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri də seçilib".