BAKI, 5 iyun. TELEQRAF
“Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını real hesab edirəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Nə qədər ki münasibətlər normallaşmayıb, eskalasiya riski var. Həmçinin qeyd etməliyəm ki, istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlərimizin tezliklə normallaşması və buna uyğun olaraq sərhədlərin açılmasını çox real hesab edirəm”, - nazir bildirib.
Mirzoyanın sözlərinə görə, Ermənistanın səyləri bu istiqamətdə fokuslanıb və yaxın gələcəkdə bunun iki istiqamətdə reallığa çevriləcəyinə inanır.