TBİLİSİ, 4 iyun. TELEQRAF

Tbilisidə fəaliyyət göstərən NATO və Avropa İttifaqı (Aİ) məsələləri üzrə İnformasiya Mərkəzi bağlanır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərkəzin iyulun 1-dən fəaliyyətini dayandıracağı barədə əməkdaşlara xəbərdarlıq göndərilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məsələni şərh edib. Qurumdan bildirilib ki, mərkəzin funksiyası ləğv olunmur, yenidən təşkil edilmədən sonra XİN-nin aparatının tabeliyinə veriləcək.

Qeyd edək ki, 20 ilə yaxındır fəaliyyət göstərən informasiya mərkəzinin əsas məqsədi Gürcüstan əhalisini ölkənin Aİ və NATO-ya inteqrasiya proseslərinə cəlb etmək və məlumatlandırmaqdan ibarət olub. Mərkəzin Tbilisidə baş qərargahı ilə yanaşı, 10 regional ofisi də fəaliyyət göstərir.