TBİLİSİ, 31 may. TELEQRAF

“Cənubi Qafqaz bölgəsi oazisə çevrilmə potensialına malikdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Birinci kanala müsahibəsində deyib.

O, qonşu ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən çox razı qaldığını bildirib.

“Biz bir-birimizlə danışdığımız zaman ideal mənzərə yaranmışdı. Mən öncə Azərbaycanda, daha sonra isə Ermənistanda oldum. Ermənistan da tədricən Cənubi Qafqazın malik olduğu resursları gördü. ABŞ-dən gələn təbriklərdə də bu vurğulanıb. Onlar da Cənubi Qafqazda sülhün prioritet olması üçün imkanı görürlər”, - M.Kavelaşvili söyləyib.

Dövlət başçısı bölgədə münasibətlərin nizama salınması, görüşlərin təşkili, sərmayələrin qoyulması üçün resursların mövcudluğunu vurğulayıb.