BAKI, 27 may. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ Dövlət katibi Marko Rubionun Ermənistan-Azərbaycan sərhədində gərginliyin yeni mərhələsi və ya eskalasiya riskinin olması ilə bağlı narahatlığını bölüşmür.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

Jurnalistin ABŞ dövlət katibinin nəyə əsaslanaraq belə bir təhlükə görməsi ilə bağlı sualına Alen Simonyan belə cavab verib:

“Məndə belə bir məlumat yoxdur. Müdafiə Nazirliyinə sorğu göndərə bilərsiniz ki, bu cür tendensiyalar və ya yerdəyişmələr olub, yoxsa yox, amma siyasi baxımdan mən hazırda belə bir şey görmürəm”.

ABŞ dövlət katibi mayın 21-də Senatda çıxışı zamanı iddia etmişdi ki, Ermənistanla Azərbaycan arasında real silahlı münaqişə riski hələ də qalmaqdadır və Vaşinqton bunun qarşısını almağa çalışır.