BAKI, 26 may. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtıdır”.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
“Həmkarım (ABŞ Dövlət katibi) Marko Rubionun dediyi kimi, sazişi imzalamaq və ratifikasiya etmək vaxtıdır. Fransa, ABŞ və Avropanın gözlədiyi budur”, - fransalı nazir qeyd edib.