TBİLİSİ, 26 may. TELEQRAF

“Gürcüstanın qarşısında təhdidlər hər zaman olacaq və onlara adekvat reaksiya verilməlidir. Biz birdəfəlik anlamalıyıq ki, hansısa xarici qüvvələrin gəlib bizi xilas etməsini gözləmək əbəsdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisinin Azadlıq meydanında Müstəqillik Gününə həsr olunan mərasimdə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstanın gələcəyini özündən başqa kimsə müəyyən etmir.

“Vətənin qayğısına qalmaq birdəfəlik fəaliyyət və ya vəzifə deyil, arasıkəsilməz proses, missiyadır. Biz daimi qorunma və qayğı tələb edən müstəqilliyin nə qədər dəyərli olduğunu anlamalıyıq”, - M.Kavelaşvili söyləyib.