BAKI, 26 may. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması asan olmasa da, davamedici prosesdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülhə cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimad yolu ilə nail olmaq olar.

Mirzoyan İrəvanın əsas vəzifəsinin qonşuları ilə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət və ərazi iddialarından qeyd-şərtsiz imtinaya əsaslanan münasibətlərin normallaşdırılması olduğunu iddia edib.

“Sülh asanlıqla əldə olunmur. Bu, cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimadın yaradılması ilə idarə olunan davamlı bir prosesdir.

Ermənistanın baxışı aydındır: hər iki qonşumuzla (Azərbaycan və Türkiyə ilə) münasibətlərin normallaşdırılması, bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşılması və ərazi iddialarının qeyd-şərtsiz rədd edilməsi”, - Ermənistan xarici işlər naziri qeyd edib.