TBİLİSİ, 23 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyi əməkdaşı Saymon Vanderbrokun ölkəyə buraxılmaması faktını təsdiqləyib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə nümayəndəliyin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) şifahi nota ünvanlanıb və Gürcüstan hakimiyyəti təəssüf doğuran insidentə görə şifahi üzr istəyib.

XİN-nin Aİ nümayəndəliyinin əməkdaşının vəzifə yerinə qayıtmasına etiraz etmədiyi bildirilib.

***

11:18

TBİLİSİ, 23 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndələyinin əməkdaşı Saymon Vandenbruk Tbilisiyə buraxılmayıb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media yazıb.

S.Vandenbruk mayın 21-də Tbilisi aeroportundan ən yaxın reyslə gəldiyi ölkəyə göndərilib. Diplomatın Gürcüstana girişinə icazənin verilməməsinin səbəbi açıqlanmır.

Aİ-nin Gürcüstan nümayəndələyi məsələni hələ şərh etməyib.

Diplomat Aİ-nin Gürcüstan nümayəndəliyinin Əməkdaşlıq bölməsində çalışır. Onun səlahiyyətlərinə yardım proqramlarının koordinasiyası, assosiasiya haqqında sazişin reallaşdırılması, Aİ və Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı daxildir.