BAKI, 14 may. TELEQRAF

Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa və ratifikasiya etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan Cənubi Qafqazda davamlı sülh və rifahın təşviqinə qətiyyətlə sadiq qalır. Bildiyiniz kimi, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını bəyan edib. Mən Ermənistanın heç bir gecikmə olmadan sülh sazişini imzalamağa və ratifikasiya etməyə hazır olduğunu bir daha təsdiq edirəm”, - nazir bildirib.