TBİLİSİ, 14 may. TELEQRAF

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, keçmiş nazir məhkəmə zalında həbs olunub.

***

14:02

TBİLİSİ, 14 may. TELEQRAF

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin 20 min lari (12 400 AZN) məbləğində girovu ödəmədiyinə görə həbsi gözlənilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu vəsatətlə ölkənin Baş Prokurorluğu çıxış edib.

Sabiq nazir parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Bu ilin aprelin 8-də Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 20 min lari məbləğində girov tətbiq edib. İ.Okruaşvili girovu 30 gün ərzində ödəməli olsa da, bunu etməyəcəyini bildirmişdi.

Qeyd edək ki, İ.Okruaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini 2004-2006-cı illərdə tutub.