TBİLİSİ, 9 may. TELEQRAF

“Gürcüstanda demokratik geriləmə yoxdur. Hər yerdə ikili standartlar var”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı xarici işlər nazirlərinin Varşavada keçirilən qeyri-formal görüşünə dəvət olunmamasını şərh edərkən deyib.

Nazirin sözlərinə görə, ikili standartları qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

“Gürcüstana ikili standartlarla yanaşılır. Fransada, Almaniyada yol verilənlər Gürcüstanda baş verəndə qəzəb yaradır. Hökumətimiz gürcü xalqının seçimidir, buna hörmətlə yanaşılmalıdır”, - M.Boçorişvili söyləyib.