BAKI, 17 sentyabr. TELEQRAF
Ermənistan və Rusiya iki ölkə arasındakı münasibətlərin dəqiqləşdirilməsi çərçivəsində inventarlaşdırma prosesini davam etdirir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
N. Paşinyan bildirib ki, Bişkekdə aparılan danışıqlar zamanı Rusiya ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Rusiya münasibətlərinin müxtəlif istiqamətləri nəzərdən keçirilir:
"Görürük ki, münasibətlər hansı sahələrdən ibarətdir. Dəmir yolu məsələsi gündəmə gəlir və hamı bununla məşğul olmağa başlayır, daha sonra qaz məsələsi ortaya çıxır. Ermənistan-Rusiya əlaqələri çoxşaxəlidir və burada çoxsaylı problemlər, məsələlər və imkanlar var. İnventarlaşdırma prosesi davam edir. Qaz idxalı və digər məsələlərlə bağlı bütün mümkün ölkələrlə danışıqlar aparılır".