BAKI, 17 sentyabr. TELEQRAF

Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsindən regiondakı və ondan kənarda layihədə iştirak edən bütün ölkələr fayda əldə edəcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

N. Paşinyan bildirib ki, layihədən İran və ABŞ da faydalana bilər:

"TRIPP-i sülh aləti kimi görürük. Bu imkandan istifadə etmək lazımdır".