BAKI, 5 may. TELEQRAF

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı müzakirələr davam edir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan artıq razılaşdırılmış sazişin imzalanması ilə bağlı ilkin danışıqlar və ya müzakirələrin olub-olmaması ilə bağlı suala istinadla deyib.

“Bəli, müzakirələr gedir, davam edir. Mən o prosesi pozmamaq üçün indi bu barədə danışmaq istəmirəm, amma müzakirələr fəal şəkildə gedir”, - spiker bildirib.