TBİLİSİ, 1 may. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə səfiri Ali Kaan Orbayla görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dövlət başçısı bu barədə “X” hesabında bildirib.

M.Kavelaşvili qeyd edib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri və sıx ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“Biz həmçinin Cənubi Qafqazdakı proseslər, Gürcüstanla Türkiyənin regional sabitliyin və sülhün təşviqindəki mühüm rolu ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyənin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyi üçün səfir Orbaya təşəkkür etdim”, - prezident yazıb.