BAKI, 21 aprel. TELEQRAF
"Burada və başqa yerdə məni hədələməyə heç kəsin cürəti çatmaz".
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan iclas zamanı onu hədələyən müxalif “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyana deyib.
“Hər dəfə yalan danışanda “gedin başınızı divara vurun” desəm, bir baş da qalmazdı. Siz təhqirlər və vəziyyəti gərginləşdirmək üzrə çempionusunuz.
Məni hədələyirsiniz? Gedin hamınız başınızı divara vurun, kimin cürəti çatar məni hədələməyə?!” - spiker bildirib.
Qeqam Manukyanın parlamentin tribunasında çıxışı zamanı sual verərkən zalda atmosfer gərginləşib:
“Oktyabrın 27-nə qədər hansı media Vazgen Sərkisyana qarşı təbliğat aparırdı?”
Zaldan cavab gəlir: “Daşnaksütyun”.
Manukyan: “Bunu kim dedi?”
Zaldan səs eşidilir: “Mən”.
“Gedin başınızı divara vurun, “Haykakan Jamanak”, Nikol Paşinyan”, - Manukyan bildirir.
Deputat bundan sonra ona təpki göstərən parlamentin sədrinə hədəylə cavab verir.