BAKI, 17 aprel. TELEQRAF

Ermənistan və Azərbaycan uzun illər davam edən münaqişədən sonra sülh sazişinin mətnini razılaşdıra bilib.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-lərinə müsahibəsində deyib.

“Bu, vacib məsələdir və bunu nəzərdən kənarda qoymaq fikrində deyiləm. Bu, həm də ümumi Ermənistan-Türkiyə dialoqunun bir hissəsidir. Qeyd etdiyiniz kimi, sülh sazişi layihəsinin mətnini razılaşdıra bilmişik və imzalanmağa tam hazırdır. Bu, kifayət qədər böyük nailiyyətdir. Bu, mən deyərdim, tarixi hadisədir, görünməmiş bir hadisədir. Təsəvvür edin: Ermənistan və Azərbaycan uzun sürən münaqişədən, regionumuzda qan töküləndən sonra bacardı, mətnlə bağlı razılığa gələ bildi”, - nazir bildirib.