BAKI, 7 aprel. TELEQRAF

Qonşularla münasibətlərin normallaşdırılması Ermənistanın əsas prioritetlərindən biridir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

Onun iddiasına görə, İrəvan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması gündəliyinə sadiq qalır.

“Cənubi Qafqazda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında bütün regional kommunikasiyaların açılması malların və vətəndaşların hərəkəti üçün müstəsna imkanlar yaradacaq. Əminəm ki, regionda sülhün alternativi yoxdur, Cənubi Qafqaz qapalı sərhədləri olmayan regiona çevrilməlidir. Bu, iqtisadi əməkdaşlığın dərinləşməsinə və insanlar arasında əlaqələrin bərpasına töhfə verəcək, bütün regionda davamlı iqtisadi artımı təmin edəcək”, - Xaçaturyan bildirib.