BAKI, 17 mart. TELEQRAF

Azərbaycanın sülh sazişinə daxil edilməyən iki tələbi də var.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Əsas məsələ sülh sazişindən çıxarılmış dəhliz məsələsidir”, - deputat bildirib.

Abramyan qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması məqsədindən imtina etməyib.

Deputat söyləyib ki, Azərbaycanın digər tələbi Ermənistanın hərbisizləşdirilməsi ilə əlaqəlidir: “Paralel olaraq, Azərbaycan üçün Ermənistanın tərksilah edilməsi və ya demilitarizasiyası çox vacibdir”.