
BAKI, 7 mart. TELEQRAF
"Əgər Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə öz töhfəsini verməsə, təşkilata üzv ölkələr müxtəlif ssenarilər nəzərdən keçirə bilər, amma yəqin ki, heç kimi qurumdan çıxarmayacaqlar".
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
“Yanvarın 1-dək (2026-cı il - red.) elə bir vəziyyət yarana bilər ki, ölkələr iki il ərzində ödəniş etmədikdə müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər”, - Pankin vurğulayıb.
O qeyd edib ki, artıq texniki, maliyyə və digər səbəblərdən başqa ölkələrin də borclarının olması halları var.
Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb. Bundan başqa, Ermənistan təşkilatın büdcəsinə ödənişləri, təşkilatın tədbirləri və təlimlərinə qatılmağı dayandırıb.