BAKI, 22 aprel. TELEQRAF
Qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Afiq Hacıəliyevə 18 il 6 ay, Natiq İmamcanova 4 il iş və onun zalda həbs olunmasını təklif edib.
Növbəti məhkəmə prosesi mayın 14-nə təyin edilib.
Qeyd edək ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevi bıçaqla qətlə yetirib.
Hadisə baş verən gün Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.