BAKI, 27 fevral. TELEQRAF

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti yunanıstanlı həmkarı Dimitros Xoupisin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəislərinin təkbətək görüşündən sonra geniş tərkibdə görüş keçirilib.

Müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə edilib, əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, əvvəllər görülmüş işlərə istinad edilib və qarşıda duran vəzifələr vurğulanıb.

Tərəflər müdafiə sektorunda Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığı ilə bağlı məsələləri də müzakirə ediblər.

Həmsöhbətlər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.