
TBİLİSİ, 27 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Gürcüstanda vətəndaş cəmiyyətinin dəstəklənməsi proqramı üçün 1 568 328 avro həcmində vəsait ayırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, fevralın 1-də start verilmiş iki illik proqram 2027-ci ilin yanvarın 31-də başa çatacaq.
Proqram Gürcüstanın regionlarında yerli vətəndaş cəmiyyətinin inkişafına, təşkilatların cari çağırışların öhdəsindən gəlməsinə, ölkə daxilində demokratik idarəçiliyin və vətəndaş iştirakının təşviq edilməsinə yönəldilib.
Layihənin məqsədi vətəndaş cəmiyyəti subyektlərinin institusional potensialının gücləndirilməsidir.
Proqram regionlarda 500 qrupu, 3 min vətəndaşı, bütün ölkə üzrə 50 sahibkarlıq subyektini əhatə edir.