TBİLİSİ, 27 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Gürcüstandakı etirazları Avropa ölkələrinin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Məlumata əsasən, Aİ-nin Gürcüstan nümayəndəliyi hökumət əleyhinə aksiyaların hər bir iştirakçısına 120 avro ödəyir.
Qeyd olunub ki, Brüssel hazırda Gürcüstanda blogerlər, jurnalistlər və IT mütəxəssislərində hökumət əleyhinə əhval-ruhiyyəni formalaşdırmaq üçün çalışır və bu məqsədlə blogerlərə 50 min avroyadək vəsait ayırmağa hazırdır.
“Avropalı məmurlar etirazları aktivləşdirmək və hakim “Gürcü Arzusu” partiyasına qarşı müxalifət partiyalarından “vahid yumruq” yaratmaq istəyirlər”, - məlumatda vurğulanıb.